Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək.
Oxu.Az-ın APA-Economics-ə istinadən məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
R. Abdullayev deyib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: "Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur... Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir".
SOCAR rəhbəri deyib ki, şirkət iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil.