Dövlət Neft Şirkəti (SOCAR) özünün 2017-ci il üçün hazırlanan büdcəsinin layihəsində neftin baza qiymətini 40 dollar/barel səviyyəsində nəzərdə tutacaq.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
Daha öncə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirmişdi ki, Dövlət Neft Şirkətinin 2016-cı il üçün gəlirlər və xərclər smetası neftin bir barelinin qiymətinin 50 dollar səviyyəsində olmaqla hesablanıb.
Qeyd edək ki, bir müddət əvvəl Energetika naziri Natiq Əliyev isə APA-ya müsahibəsində növbəti il üçün dövlət büdcəsində neftin baza qiymətinin 40 dollardan hesablanmalı olduğunu məqsədəuyğun hesab etmişdi.
U.A
www.oxu.az