"SOCAR qurudakı ərazilərdə - rayonlarda neft-qaz sahəsində kəşfiyyat işlərini artırmağı planlaşdırır".
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Arzu Cavadova 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Upstream - yeni perspektivlər" adlı panel müzakirədə deyib.
O bildirib ki, Quba-Xəzəryanı, Şamaxı-Qobustan və Aşağı Kür hövzəsi əsas prioritetdir:
"Qurudakı yataqlar lazımi qədər araşdırılmayıb və bu sahədə keyfiyyətli seysmik məlumatların toplanmasına ehtiyac var. Qurudakı geoloji quruluş dənizlə müqayisədə daha mürəkkəbdir. Buna görə də gələcək fəaliyyət planlarının hazırlanması üçün yüksək keyfiyyətli seysmik məlumatların əldə olunması əsas prioritetdir".