“Azərbaycan və SOCAR dünyanın bir çox ölkəsinə investisiyalar yatırır. 18 mlrd. dollarlıq investisiya ilə Türkiyə ilk sıradadır. İndiyədək bu proqramın 9,5 mlrd. dollarlıq hissəsi həyata keçirilib”.
Oxu.Az-ın məlumatına görə, “Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, qalan hissə isə qarşıdakı illərdə yatırılacaq və 2020-ci ildə tamamlanacaq:
“4-5 illik deyil, uzun müddət bu ölkədə olacağıq. Türkiyə lirəsi və Azərbaycan manatının ucuzlaşması planlarımıza təsir göstərəcək amillər deyil”.
U.A.
www.oxu.az