Yaponiyada ticarət sessiyasının açılışında dollar 1% ucuzlaşıb.
Oxu.Az-ın məlumatına görə, APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, buna səbəb investorlar tərəfindən gəlirlərin fiksə olunmasıdır.
Belə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra dolların kəskin bahalaşması nəticəsində investorlar xeyli gəlir əldə edib.
Hazırda 1 dollar 113,43 yenə bərabərdir. Ötən həftənin cümə günü ticarət sessiyasının yekununda dolların məzənnəsi 113,5 yen təşkil edib.
U.A.
www.oxu.az