“A-95” konsaltinq qrupunun məlumatına görə, Ukraynada avqustun 21-25-də “Amic”, “Shell”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), WOG, OKKO kimi YDM şəbəkəsinə sahib olan iri şirkətlər yanacağın qiymətlərini təqribən 0,50-0,60 Ukrayna qrivnası aşağı salıb.
Oxu.Az bu barədə UNİAN-a istinadən xəbər verir.
“Dünya qiymətlərinin ucuzlaşması davam edir və bu isə ilk 50-60 qrivnanı endirməyə imkan verdi”, - A-95" konsaltinq qrupunun direktoru Sergey Kuyun qeyd edib.
Onun sözlərinə görə, dizel yanacağının qiymətində müşahidə olunan qiymət enməsi artıq benzinin qiymətinə də təsir edib.