“Rosneft” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əməkdaşlıq, həmçinin neftin nəqlinin əsas şərtləri haqqında saziş imzalayıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sazişin imzalanması Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə aparılıb.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzalayıblar.