Qalmaz Qaz Anbarları sahəsində 636 saylı quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın 3-cü lay dəstəsinə qazılmış quyu 2003-1995, 1985-1977 metr intervalından sutkalıq 630000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul olunub.
Gülnarə Zeynalova
www.oxu.az