“Neft Daşları” yatağındakı 418a nömrəli platformadan 2615 nömrəli quyuda aparılan qazma işləri uğurla davam etdirilir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1100 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az