Sumqayıt bir şəhərdir və buna görə də, oranın öz metrosu olmalıdır.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.
“Mən hesab edirəm ki, Bakı metropoliteni Sumqayıtla birləşməməlidir. Biz aldığımız tapşırıqlar əsasında, Bakını yerüstü nəqliyyatdan boşaltmaq və avtomobil tıxaclarını azaltmaq üçün yalnız paytaxtda metro inşa edirik” – deyə, T.Əhmədov vurğulayıb.
Gələcəkdə Sumqayıt, Gəncə, Naxçıvan və digər böyük şəhərlərdə də metro olacaq.
“Məsələn, Lozannanın (İsveçrə) əhalisi 300 min nəfər olsa da, oranın şəxsi böyük metropoliteni var” – deyə, T.Əhmədov bildirib.