Avropaya Azərbaycan qazının ötürülməsi üçün nəzərdə tutulan Transadriatik qaz-boru kəməri (TAP), güclü idxalçılarla öz mövqelərini möhkəmləndirir.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, TAP AG boru kəmər konsorsiumunun məlumatında deyilənə görə, təxsis edilmə prosesi mart ayının 17-də, mərkəzi Avropa vaxtı ilə saat 9.00-da başa çatacaq.
Təxsis etmə prosesi TAP AG Avropa komissiyasına qaz kəmərinin 31 avqust 2011-ci ildə təqdim olunub, 6 iyun 2013-cü ildə qəbul edilən AB-nin üçüncü energetik paketin müddəalarından azad edilməsi ilə əlaqədardır.
“Baxmayaraq ki, boru kəmərinin ilkin ötürmə qabiliyyəti üçüncü tərəflər üçün rezervasiyadan azad idi, onun genişləndirilmə fazası əlavə qüvvələrin bazar müəyyənləşdirilməsi tələb edilir. Avro komissiyanın (FJO) ümumiləşdirilmiş son nəticələrinə görə, TAP AG əlavə qüvvələr üçün abunəni sonuncu investisiya qərarının qəbul edilmə tarixindən 3 ay müddətindən gec olmayaraq qəbul etməlidir” – konsorsiumun məlumatında deyilir. Qərar 17 dekabr 2013-cü ildə qəbul edilib, nəzarət müddəti isə 17 mart 2014-cü ildə bitir.
TAP AG qaz kəmərinin əlavə qüvvələri üçün abunə olan bütün iştirakçıları diskriminasiyasız nəzərdən keçirməyə söz verib.
Konsorsiumun aksionerləri: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).