Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə bankları onlayn valyuta satışını dayandırdılar
Türk lirəsi artıq 10 gündür dollar və avroya nisbətdə ucuzlaşmaqdadır.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarına Türkiyədə bir dollar 6,41 lirə, avro isə 7,32 lirə təşkil edib.
Dolların lirəyə nisbətdə məzənnəsi 15 faiz, avroya nicbətdə isə 14,26 faiz yüksəlib.
Ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dollar və avronun dəyərindəki kəskin artıma münasibət bildirərək, “iqtisadi müharibədə məğlub olmayacağıq”, - deyə qeyd edib.
Xəzinə və maliyyə naziri Berat Albayrak isə biznes və bank sektorunun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bu ilin sonuna qədər Türkiyə iqtisadiyyatında yeni modelin tətbiqinə başlanılacağını söyləyib.
O, yeni modelin invesitisiya bazarında narahatlıqları aradan qaldıracağını vurğulayıb.
Məlum olub ki, bu model çərçivəsində tədbirlərin görülməsinə 35 mlrd. türk lirəsi, indiki məzənnə ilə 5,2 mlrd. ABŞ dolları xərclənəcək.
Bu arada, qeyri-rəsmi məlumatlara görə, avro və dolların məzənnəsindəki kəskim artımlar səbəbindən türk bankları artıq internet üzərindən valyuta satışını dayandırıblar.
L.Ə.
www.oxu.az