Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Türkiyə SOCAR üçün qazın nəqlinin müddətini uzadır
Türkiyə Respublikası “SOCAR Turkey Energy” şirkəti üçün qazın nəql müddətini uzadacaq.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunda öz əksini tapıb.
Memoranduma əsasən, Türkiyə Respublikası “SOCAR Turkey Energy” üçün qaz nəqlinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasına və BOTAŞ-ın STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasının təmin edilməsinə də razılıq verir.
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
N.O.
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib