2016-cı ilin aprel ayında Azərbaycandan Türkiyəyə 37 min 516 nəfər səfər edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 5,55% azalma deməkdir.
Bu barədə Oxu.Az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə bu il Azərbaycandan Türkiyəyə 143 min 750 nəfər ziyarət edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 14,12% azalma deməkdir.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycandan Türkiyəyə 39 min 719 nəfər, yanvar-aprel aylarında isə 166 min 605 nəfər ziyarət edib.
Xatırladaq ki, Türkiyəyə gedən ümumi turistlərin sayı təkcə bu ilin aprel ayında 1999-cu ilin may ayından bu yana ilk dəfə 28% azalaraq 1 milyon 750 min nəfər təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az