Vergilər Nazirliyi mart ayı üzrə vergi borclarına görə amnistiyaların tətbiqindən yararlanmaq hüququ olan fiziki şəxslərin yeni siyahısını açıqlayıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu dəfə siyahıda 10 min 819 nəfərin adı yer alıb.
Onlar mart ayı ərzində cərimələrinin 70%-ni ödəsələr, qalan borcları bağışlanacaq.
Qeyd edək ki, fevralda vergi amnistiyasından yararlanmaq şansı olan şəxslərdən ancaq 2195 nəfər bu imkandan yararlanıb. Ötən ay siyahıda 13 min 14 nəfərin adı vardı.
Yenilənmiş siyahı ilə buradan tanış ola bilərsiniz.
U.A.
www.oxu.az