"Banklar kibertəhlükəsizlik və kiberdələduzluqla mübarizə sahəsinə investisiya edirlər".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Mərkəzi Bankın kiberdələduzluqla mübarizə, kibertəhlükəsizlik sahəsində olan strategiyası, yol xəritəsi beynəlxalq standartlara əsaslanıb:
"Burada olan tətbiqlər də geniş yayılmış sistemlərdir. Mərkəzi Bank bu tətbiqlərin vacib olması qənaətindədir. Aprel ayında qüvvəyə minmiş yeni qaydalarımız bankları da bəlli sistemlərin tətbiqinə məcbur edir. Bu effektiv mübarizəyə kömək olacaq. Banklar bu sahəyə investisiya edir və yenə etməli olacaq".
Aygün Mirakif