Ölkəyə idxal olunan yanacağa tətbiq edilən yol vergisi və aksizlər üzrə dövlət büdcəsinə 37361,7 min manat məbləğində vəsait daxil olub.
Oxu.Az Hesablama Palatasına istinadən xəbər verir ki, qiyməti tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər 122044,3 min manat olub.
2016-cı ilin altı ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə təmin olunan malların idxalına əlavə dəyər vergisi 148796,8 min manat və ya 23,0%, gömrük rüsumları 50315,6 min manat və ya 18,6%, xarici dövlətlərin avtonəqliyyat vasitələri sahiblərinin yol vergisi 3006,9 min manat və ya 25,0% artıb. Eyni zamanda, malların idxalına aksizlər 6641,2 min manat və ya 15,1%, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi 19645,9 min manat və ya 96,4% azalıb.
L.Ə.