Qızılın qiymətləri Yaxın Şərqdəki münaqişənin müddəti və miqyası ilə bağlı qeyri-müəyyənlik fonunda bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu, ticarət məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 09:25-ə olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi "Comex"də aprel ayı üzrə qızıl füçerslərinin qiyməti 62.3 dollar və ya 1.17% artaraq, trua unsiyası üçün 5 373.9 dollara çatıb.
May ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə 1.32% artaraq, trua unsiyası üçün 90.025 dollar olub.