Bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin rəsmi açıqlaması:
“Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar “Grand Hayat” MTK – Bakı şəhəri Tbilisi prospekti 1054 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Hayat Palace” MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Park Azure” MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, “Megafun” AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi. Komplekslərə xidmət göstərən “Hayat Management” MMC-dir.
Müflis elan edilməsi barədə xəbər yayılmış “Yeni Həyat” MMC Zərifə Əliyeva 55 ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır və binaya xidmətin göstərilməsi üçün “Hayat Management” MMC-yə təhvil verilmişdir.
Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun müflis olunması barəsində yerləşdirilən məlumatlar tam yalnışdır və heç bir əsası yoxdur. Şirkətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və layihələrimiz mərhələli şəkildə təhvilə hazırlanmaqdadır.
Məlumat mərkəzi: 922.
:640.jpg)
E.Ə.
www.oxu.az