Dünyada 50000-dək xidmət nöqtəsi olan “Zolotaya Korona” bu gün “Expressbank” müştərilərinin ən sevimli pulköçürmə vasitələrindən biridir.
Məhz bu səbəbdən müştərilərin maraqlarını nəzərə alaraq, “Expressbank”ın “Zolotaya Korona” pulköçürmələri sistemi ilə birlikdə xüsusi tarif əsasında təqdim etdiyi aksiyanın müddəti 4 ay uzadıldı.
“Zolotaya Korona” pulköçürmələri sistemi ilə “Expressbank” vasitəsi ilə pul göndərən müştərilər xüsusi endirilmiş tariflə xidmət olunurlar. Belə ki, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova ölkələrinə pul göndərən “Expressbank” müştəriləri bu əməliyyat üçün 0,8%-dən başlayan tariflərlə komissiya ödəyəcəklər. Pulköçürmələri ABŞ dolları, rubl və avro valyuta növlərində göndərilə bilər.
Ümumiyyətlə, “Expressbank”la təcili pulköçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə “Expressbank”ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən “Pul Kart” vasitəsi ilə qazanırlar.
“Pul Kart” müştərilərə hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də “Pul Karta” yerləşdirə bilirlər.
Qeyd edək ki, “Expressbank”ın filiallarında digər təcili pulköçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin “Contact”, “Lider”, “IBA Express”, “Xəzri” və “Monex” təcili pulköçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
U.A.
www.oxu.az