Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Arvadını evdən qovan kişi atasını bıçaqladı
Goranboy rayonunda oğul atasını bıçaqlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib.
Kənd sakini Çingiz Qarayev (soyad şərtidir) həyat yoldaşını yüngül həyat tərzi keçirdiyi üçün evindən qovub. Həmin vaxtdan etibarən Çingiz mütəmadi olaraq spirtli içki qəbul etməyə başlayıb. Sonuncu dəfə yenə evə içkili gələn Çingizi atası tənqid edərək həyat yoldaşını evə qaytarmasını istəyib. Çingiz isə ailəsini geri qaytarmayacağını deyib və valideynlərindən onu yenidən evləndirməyi istəyib. Atası Çingizə "Saxlaya bilsəydin, əvvəlki arvadını saxlayardın" deyib.
Bu sözdən əsəbiləşən Çingiz stolun üstündəki mətbəx bıçağı ilə atasını bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ç.Qarayevə 10 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub.
Aqil Vəlili