Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində baş verib.
Təyyar Xəlilovun idarə etdiyi 90-ZV-487 dövlət nömrəli "Hyundai" markalı avtomobil hərəkətdə olarkən yolu keçən piyada, 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi imiş.
Hadisəni törətməkdə şübhəli bilinən T.Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili