Bu gün Gədəbəy rayon mərkəzində qətl hadisəsi baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Gədəbəy rayon Polis İdarəsində bildiriblər. Verilən məlumata görə, naməlum şəxs 1986-cı il təvəllüdlü Aslanova Fəxriyyə Firudin qızının boğazını kəsib.
Məlumdur ki, mərhum qadın salonunda vizajist işləyirdi. Qətl zamanı Aslanova toyuna hazırlaşan gəlinin saçını düzəldirmiş.
Qətli törədən şəxsin kimliyi müəyyən edilib. Bu, Aslanovanın keçmiş həyat yoldaşıdır.
Hal-hazırda əməliyyatçılar onu həbs etmək üçün Şəmkir rayonuna yola düşüblər.
Versiyalardan birinə görə, şübhəli şəxs Aslanovadan boşandığı üçün belə qisas alıb.
Qətl hadisəsi üzrə cinayət işi açılıb. İş üzrə yenilikləri izləmək üçün saytımızı izləyin.
16:49
Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, F.Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.