Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Toy zamanı yaranan mübahisə nəticəsində 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunublar.
Hazırda hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Qaynar xətt:
(055) 224 12 12