Polis əməkdaşları 24 yaşlı Binəqədi rayon sakini Adil Məmmədovu gecə saatlarında 28 may metrosu yaxınlığında avtomobillərdən birini qarət edərkən tutublar.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, polis idarəsinə gətirilən Adil Məmmədov ilkin dindirilmə zamanı cinayətlərini etiraf edib.
Məlum olub ki, o, bundan əvvəl də bir neçə dəfə paytaxtın müxtəlif yerlərində maşınları qarət edib.
Dindirilmə zamanı Adil Məmmədov bildirib ki, maşınların şüşələrini daşla sındırıb qapısını açaraq ordan oğurladığı qiymətlıi əşyaları, pulları və maşının hissələrini dəyər-dəyməzinə satıb.
Adil Məmmədov (saxlanılan şəxs) – “Yerdən kubik götürüb şüşələri sındırırdım. Salona daxil olub mobil telefon, maqnitafon, kalonka, yəni pula gedəsi əşyaları götürürdüm. Axırıncı oğurluğumda da tutuldum.”
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az