Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi
Bakıda evli qadının həyat yoldaşı və sevgilisi arasındakı münaqişə cinayətlə başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəbin qarşısında baş verib.
E.Əliyev əvvəllər sevgi münasibətində olduğu və dəfələrlə görüşdüyü qadına xərclədiyi pulları geri tələb edib. O, hətta qadının əri 1976-cı il təvəllüdlü R.Hətəmovu taparaq onun arvadına xərclədiyi pulları verməsini istəyib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb.
R.Hətəmov E.Əliyevin övladının 20 saylı məktəbdə oxumasını bilərək oraya gəlib və ona yaxınlaşaraq öldürməklə hədələyib. E.Əliyev məktəbin qarşısından keçən 18 saylı avtobusa minib uzaqlaşmaq istəsə də, R.Hətəmov onu təqib edib.
Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, Şuşa rayon sakini olan R.Hətəmovun arvadı özünü vəkil kimi təqdim edən E.Əliyevlə münasibətdə olub, dəfələrlə müxtəlif rayonlara gedərək istirahət ediblər, hətta qadının yaxınlarının yaşadığı rayonlara gedərək görüşüblər. Lakin onların münasibəti pozulandan sonra E.Əliyev xərclədiyi pulları tələb edib. O, keçmiş sevgilisinin ərindən də pul tələb edib.
Cinayət işinin materialları Yasamal Rayon Məhkəməsinə daxil olub. Məhkəmədə çoxsaylı iddia və ittiham səsləndirilib.
Məhkəmənin bir neçə gün əvvəl elan etdiyi hökmlə arvadının sevgilisini ölümlə hədələyən kişiyə 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onun bədəninə elektron təqib cihazı yerləşdirilib.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşının cəzası artırıldı
- Təranə Səmədovanın işi Ali Məhkəmədə
- Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Vətəndaşı şantaj edən sabiq deputatın şikayəti əsasında məhkəmə başlayır
Rəylər