Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
Kəlbəcər rayonunun Bağırsaq kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Möhübbət Qənimət oğlu Mustafayevlə Tərtər rayonunun Seydimli kəndində keçirilən vida mərasimi başa çatıb.
"Report"un məlumatına görə, şəhidin nəşi Seydimli kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Kəlbəcər və Tərtər rayonları İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Möhübbət Qənimət oğlu Mustafayev 1974-cü il martın 15-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. O, 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Bağırsaq kəndi istiqamətində itkin düşüb.

"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş Ruslan Həmidov dəfn edildi
- Birinci Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn edildi
- Fəxrəddin Atayev: "Qardaşımla sonuncu dəfə danışan mən olmuşam"
- Şəhid bacısı: "Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik"