Bakıda bacısının başını kəsən Pərvanə Nuriyeva və onun qətlə yetirdiyi bacısı barədə yeni məlumatlar yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bacıların 2011-2012-ci illərdə Bakı Musiqi Akademiyasına daxil olmaları barədə təbrik elanı əks olunan qəzetin fotosu yayılıb.
Elanda bildirilir ki, Günel Nuriyeva 2011-2012-ci dərs ili Şəki Musiqi Kollecinin əlaçı məzunu olub. O, həmin ildə Bakı Musiqi Akademiyasına daxil olub. Onun bacısı da, həmin ildə Şəki Uşaq İncəsənət Məktəbini bitirərək Konservatoriyaya daxil olub.
