Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dayısının qatilini 29 il sonra öldürdü - HÖKM
Naxçıvanda dayısının qatilini öldürməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Ordubadın Unus kəndində qeydə alınıb. İttihama görə, 1974-cü il təvəllüdlü İbrahim Əsədulla oğlu Tağıyev bıçaqla qətlə yetirilib. Onun qətlində həmkəndlisi, 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulov təqsirli bilinib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, İbrahim Tağıyev 1995-ci ildə Bəxtiyar Rəsulovun dayısını münaqişə zəminində qətlə yetirib. İbrahim Tağıyev azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb, uzun müddət orada yaşayıb. O, bu il kəndə qayıdanda təsadüfən Bəxtiyar Rəsulovla qarşılaşıb. İbrahim Tağıyevi kənddə görən təqsirləndirilən şəxs illər əvvəl öldürülən dayısının qisasını almaq fikrinə düşüb.
Bəxtiyar Rəsulov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir
- Qaynını öldürdüyü üçün ağır cəza aldı
- Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU
- Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRDİ: Evə səsyazan quraşdırıbmış - TƏFƏRRÜAT
- 37 yaşlı kişini baltaladı, qaçarkən avtomobil vurdu