Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokuror Milli Aviasiya Akademiyasında mühazirə oxuyub
- Kamran Əliyev: "Prokurorluğun binalarında ədalətli və düzgün qərarlar verilməlidir"
- Bakı şəhər Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış marasimi keçirilir
- Səs-küy yaradan SİYAHI: Hansı məşhur cərrahların adları çıxarıldı?
- Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı