Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin cinayət işi üzrə məhkəmə başlayır.
Oxu.Az xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib.
Nəticədə müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağa atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.
V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb və onların barəsində cinayət işi açılıb.
Etibar Məmmədov
www.oxu.az
Rəylər