Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fədayə Laçın məhkəmədə son söz deyəcək
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini qeyd edib.
O deyib ki, A. Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb.
Sonra Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib və müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini istəyiblər.
Məhkəmədə müdafiə çıxışı mərhələsi başa çatıb.
F. Laçın və digərləri növbəti prosesdə son sözlə çıxış edəcəklər.
Məhkəmə iclası dekabrın 3-də davam etdiriləcək.
Etibar Məmmədov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər