Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gənc oğlan sevgilisinə söz atan taksi sürücüsünü bıçaqladı - CƏZA
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Müşfiq Kərəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il, saat 20:45-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond” çay evinin qarşısında qeydə alınıb.
Belə ki, 2003-cü təvəllüdlü Müşfiq Kərəmov sevgilisinə söz atan taksi sürücüsü, zərərçəkmiş Sabir Həsənovla (soyadı şərti) mübahisə edib. Daha sonra o, zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Müşfiq Kərəmov cinayət məsuliyyətinə cəlb edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı
- Afiyəddin Məmmədova hökm oxundu
- Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA: 4 milyonluq DƏLƏDUZLUQ
- Xanım qeydiyyatçı klinikanın 74 min manatını mənimsəməkdə ittiham edilir
- Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi
Rəylər