Gəncə sakini döyülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Qurbanov Samux rayonunda döyülüb.
Müxtəlif bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, V.Qurbanov pul borclu olduğu şəxslər tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az