Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü H.Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, yaraları tikilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı polis araşdırma aparır.
Qaynar xətt:
(055) 224 12 12