Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil piyadanı vurub.
Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Atbulaq kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobil sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.