Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cinayət Məcəlləsinin 19.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Türkiyə vətəndaşı Hikmet Kaynar tutulub.
E.Ə.
www.oxu.az