Türkiyəli rejissor və ssenarist Osman Sınav 31 illik həyat yoldaşı Tangül Sınavdan boşanıb.
Oxu.Az xəbər verir ki, İstanbul Ailə Məhkəməsinə müraciət edən rejissor iddia ərizəsində həyat yoldaşıyla fikri və ruhi anlaşmazlıqlar yaşadığını qeyd edib.
İki həftə əvvəl gizlicə baş tutan məhkəmə prosesinə hər iki tərəf də qatılıb.
Hakimin “boşanmaqda qərarlısınızmı?” sualına tərəflər bu mövzuda razılaşdıqlarını və boşanmalarına qərar verilməsini tələb ediblər.
Və beləliklə, məhkəmə onların boşanmasına qərar verib.
Qeyd edək ki, Osman Sınav “Kurtlar vadisi”, “Sakarya-Fırat”, “Deli yürek” kimi məşhur serialların rejissorudur.
