Müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabın Amerikada həbs olunmasından sonra bu ay verəcəyi konsertləri ləğv etməməyi qərarlaşdırıb.
Oxu.Az xəbər verir ki, E.Gündeş Kipr, Antaliya və İstanbulda ümumilikdə doqquz konsert verəcək.
Çətin günlər keçirən ifaçının bu ay baş tutacaq həmin konsertlərini ləğv edəcəyi iddia edilirdi.
Beyin əməliyyatı keçirdiyi dövrdə də həkimlərin xəbərdarlıqlarına baxmayaraq, konsertlərinə davam edən Gündeş “Səhnədə müalicə olunuram” demişdi.
O, konset ərəfəsindəki boş zamanlarında həyat yoldaşının yanına, Amerikaya gedəcək.