Masallı rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, insident rayonun Miyənkü kəndində qeydə alınıb.
Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.
O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
21:10
Masallıda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az