Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə sözügedən vəsatət təmin olunub.
Belə ki, onun barəsində olan həbs qətimkan tədbirinin müddətinin mayın 3-ə qədər uzadılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, Rüfət Səfərov ötən ilin dekabr ayının 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.