Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məmurun kabinetini qarət etmək istəyən şəxs tutuldu
Yanvarın 5-də saat 22:00 radələrində Göyçay Regional Mühafizə Şöbəsindən Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Ucar rayon icra hakiminin müavininin otağındakı seyfin kəsici alətlə qırılaraq pul oğurlamağa cəhd göstərildiyi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.