Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mərhum arvadını söyən həmkəndlisini bıçaqlayan şəxs həbs edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Tariyel Babazadənin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbsə alınıb.
İttihama görə, hadisə 30 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Hunanlar kəndinin mərkəzində yerləşən mağazanın yaxınlığında qeydə alınıb.
Belə ki, Tariyel Babazadəyə həmkəndlisi olan qonşusu, zərərçəkmiş Zöhrab Hacıyev (soyadı şərti) yaxınlaşıb, mağazadan ona siqaret almasını bildirib. Təqsirləndirilən şəxs isə pulunun olmadığını deyib. Sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bu zaman Zöhrab hər iki əli ilə onun boyun nahiyəsindən tutub fiziki zorakılıq hərəkətləri edib, habelə Tariyelin vəfat etmiş həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Tariyel üzərindəki bıçaqla həmkəndlisinin döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona xəsarətlər yetirib.
Hadisədən sonra Tariyel Babazadə saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi
- Arayik Arutyunyan: "İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi"
- Qadın alimentə görə boşanır
- Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb - TƏFƏRRÜAT
- Sədaqət Qəhrəmanova: "Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edənlər olur"