Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çin ABŞ-ni məhkəməyə verdi
Çin ABŞ-nin Çin mallarına rüsumları artırması ilə bağlı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli mexanizmini işə salıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyindən məlumat verilib.
"Çin ABŞ tərəfindən son tarif artımı ilə bağlı ÜTT-nin mübahisələrin həlli mexanizmi çərçivəsində ABŞ-yə qarşı iddia qaldırıb. ABŞ-nin birtərəfli tarif tədbirləri ÜTT qaydalarını ciddi şəkildə pozur və Çin ilə ABŞ arasında ticarət və iqtisadi əməkdaşlığın təməlini sarsıdır", - deyə nazirliyin bəyanatında bildirilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pekinin sintetik opioid fentanilin ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirilməsinə qarşı mübarizə üçün kifayət qədər tədbirlər görmədiyini əsas gətirərək, Çin idxalına rüsumların 10 faizdən 20 faizə qaldırılması haqqında sərəncam imzalayıb. Eyni zamanda, Ağ Evin sahibi fikrini bildirib ki, Çin qadağanedici gömrük rüsumlarının tətbiqinə radikal reaksiya verməyəcək.