Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Klaudio Ranyerini cərimələdi
UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.
Oxu.Az "Football Italia"ya istinadən məlumatına görə, bu, Avropa Liqasının "Portu" ilə pley-off mərhələsinin ilk oyunundan (1:1) sonra baş verib.
Matçdan sonra, paytaxt klubunun baş məşqçisi hakimin rəqibə simpatiya göstərdiyini iddia edib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid edib. Sözügedən final matçında "Roma" "Sevilya"ya oyunsonrası (1:1) penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.
Beləliklə, K.Ranyeri 20 min avro cərimələnib. Klub həmçinin baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro xərcə düşüb.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Byorn Kuypers: "Qürur duymaq lazımdır ki, Azərbaycanın üç beynəlxalq dərəcəli hakimi var"
- AFFA-nın prezidenti dünyaca məşhur futbol hakimi ilə görüşüb
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Azərbaycana səfər edəcək