Moskva polisi BMW avtomobilinin şüşəsini qırıb və sükanını oğurlayan şəxsi axtarır.
Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən “Moskva” şəhər xəbər agentliyi məlumat yayıb.
“Polisə 28 yaşlı, Moskvada şirkət direktoru, əslən Bakıdan olan şəxs müraciət edib. O, naməlum şəxsin onun Verxnyaya küçəsində yerləşən evlərin birinin yanında park edilmiş BMW markalı avtomobilinin şüşəsini sındırdığını bildirib”, - mənbə deyib.
Fakt üzrə “qarət” maddəsi ilə cinayət işi qaldırılıb, cinayətkarın axtarışı aparılır.
N.O.
www.oxu.az