Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımovanın doğum günüdür. Özəl günündə hədiyyə yağışına tutulan estradamızın divası, özü də sevənlərinə iki hədiyyə etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, şou-biznesin kraliçası tam fərqli obrazda Kamran Aydınovun fotokamerası qarşısına keçərək kreativ fotosessiya etdirib.
Fotolayihə üçün Aygün Kazımovanın saç düzümü Telman Heybətov və Qusik Simon, obrazının ideyası və makiyajı isə illərdir Xalq artistinin böyük layihələrdə yanında olan stilist Ruxaya həvalə olunub.
İnteryer – dizayn isə Dmitri Turkana aiddir.
Aygün Kazımovanın ikinci sürprizi isə yeni mahnısı olub. Diva 30 illik yaradıcılğında hər zaman ona dəstək olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. Mahnı “Şairim” adlanır. Mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Mahnının arajimanını da Cavanşir Quliyev edib.
A.S.
www.oxu.az