Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Zaxarovanın mükafatlandırılması prezidentin məşhur ictimai və dövlət xadimlərinə mükafatlar təqdim etdiyi Kremldə keçirilib.
Zaxarova diplomat ailəsində dünyaya gəlib. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, 2005-2008-ci illərdə Rusiyanın BMT yanında daimi nümayəndəliyində mətbuat katibi olub. Rusiya XİN-də rəsmi nümayəndə postunu 2015-ci ildən tutur, o, bu postda ilk qadındır.
N.O.
www.oxu.az