Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nuruş Əmənovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə irəli sürülmüş 234.4.3-cü maddə 234.1-1-ci maddəyə tövsif edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Nuruş Əmənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda saxlanılıb.
Ondan axtarış zamanı 6 qram metamfetamin aşkarlanıb.
Elgün Həsənli