Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12